Cənub istiqamətində şiddətli döyüşlər: erməni əsgərləri İran ərazisinə keçirlər

Oxunma sayı: 3166
Siyasət       18 Oktyabr 2020, 14:06
Cənub istiqamətində şiddətli döyüşlər:     erməni əsgərləri İran ərazisinə keçirlər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Düşmənin əks-hücum əməliyyatları nəticəsində 17 oktyabrdan 18-nə keçən gecə qüvvəyə minən humanitar atəşkəs Ermənistan hökumətinin avantürist hərbi-siyasi strategiyası səbəbindən yenidən pozulub.

 

Azmedia.Az xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, oktyabrın 18-də səhər saatlarında Azərbaycan Silahlı Qüvvələri düşmənin hücumunu dayandırıb və cənub istiqamətində işğal olunmuş ərazilərdəki döyüş mövqelərinə hücum edib.

 

Azərbaycan qoşunları İran İslam Respublikası ilə sərhəddə dövlət suverenliyini bərpa edərək, Araz çayı boyunca düşməni təqib edirlər. Nazirlikdən saytımıza bildirilib ki, erməni ordusunun 20-yə yaxın hərbçisi hərbi mövqelərini tərk edərək İran ərazisinə qaçıb.

 

Azərbaycan diplomatik kanallarla İran hökumətinə erməni əsgərlərinin qonşu dövlətin ərazisinə keçməsi barədə məlumat verib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar