Cəlilabadda karantin qaydalarına riayət etməyənlərlə bağlı reyd keçirilib - FOTO

Oxunma sayı: 622
Cəmiyyət       24 Oktyabr 2020, 10:27
Cəlilabadda karantin qaydalarına riayət etməyənlərlə bağlı reyd keçirilib    - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Cəlilabad rayonunda karantin qaydalarına riayət etməyənlərlə bağlı reyd keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu məqsədlə qapalı məkanlarda, xüsusilə market və digər ticarət obyektlərində, ictimai nəqliyyatda keçirilən tədbirlər zamanı bəzi vətəndaşların özünün və ətrafdakıların səhhətinə qarşı laqeydlik nümayiş etdirərək tibbi maskadan istifadə etmədiyi müəyyən edilib. Bəzi hallarda isə insanların tibbi maskanı tənəffüs yollarını örtəcək şəkildə istifadə etmədiyi, əlində gəzdirdiyi və ya yalnız polis əməkdaşlarını gördükdə istifadə etdiyi müəyyən olunub.

Onlarla profilaktik-izahedici söhbətlər aparılıb və bir daha koronavirus xəstəliyinin fəsadları barədə məlumat verilib. Polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalar və gigiyenik qaydalara əməl olunmasına dair maarifləndirici broşürlər paylanıb.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar