Düşmən təxribatları nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb - FOTO

Oxunma sayı: 736
Siyasət       24 Oktyabr 2020, 19:05
Düşmən təxribatları nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ermənistan təxribatları nəticəsində Azərbaycanın həyatını itirən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

 

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, sentyabrın 27-dən bu günə qədər Ermənistanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər isə yaralanıb.

Həmçinin, düşmənin hərbi təxribatları nəticəsində 398 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2174 yaşayış evi yarasız hala düşüb.

Eyni zamanda, 4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub.

Hadisə zamanı 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar