Ermənistanın ehtiyatdan çağırılmış hərbi vəzifəliləri MƏHV EDİLDİ

Oxunma sayı: 541
Siyasət       25 Oktyabr 2020, 10:00
Ermənistanın ehtiyatdan çağırılmış hərbi vəzifəliləri     MƏHV EDİLDİ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin atəşə tutması nəticəsində düşmənin canlı qüvvə baxımından çoxlu sayda ölən və yaralananı var. Onun döyüş sursatının tükəndiyi, artilleriya qurğularının isə sıradan çıxarıldığı məlum olub.

 

Bu barədə Azmedia.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

"Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.

 

Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib", - məlumatda deyilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar