Rusiyalı deputat evində güllələndi - FOTO

Oxunma sayı: 688
Dünya       25 Oktyabr 2020, 10:27
Rusiyalı deputat evində güllələndi    - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Rusiyanın Leninqrad vilayətində Vıborqski rayonundan bələdiyyə deputatı və biznesmen Aleksandr Petrov özünün bağ evində öldürülüb.

 

Bu barədə “47news” xəbər yayıb.

Bildirilir ki, naməlum şəxs oktyabrın 24-də, axşam saat 6 radələrində Petrovu güllələyib. 

Baş verənlərlə bağlı təfərrüat açıqlanmayıb.

Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi başladılıb.

Qeyd edilir ki, yerli media onu dəfələrlə Vıborqskinin qeyri-rəsmi sahibi adlandırıb. Petrov özü belə adlandırılmamağı tələb edib. Bundan sonra media iş adamını  #nexozyayin (qeyri-sahib) adlandırmağa başlayıb.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar