Prezident: "Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir"

Oxunma sayı: 558
Siyasət       25 Oktyabr 2020, 12:12
Prezident:     "Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini məhv etmişik.

 

Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Fox News" televiziya kanalına müsahibəsində deyib.

 

Dövlət başçısı bildirib:

 

"Biz qondarma "Dağlıq Qarabağ respublikası"nın paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir.

 

Bizim dronlarımız, - bu şəkillərin çoxu internetdə var, baxa bilərsiniz, - Ermənistan tanklarını və başqa silahları necə məhv edir. İndiyədək bizim dronlarımız 230-dan çox tankı məhv edib. Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını məhv etmişik. Biz dronlardan mülki şəxslərə qarşı istifadə etmirik. Bu, yanlış məlumatdır".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar