Yük gəmisində dəhşət: Gübrə konteynerində biletsiz insanların cəsədləri aşkarlandı - FOTO

Oxunma sayı: 1278
Dünya       25 Oktyabr 2020, 17:11
Yük gəmisində dəhşət:     Gübrə konteynerində biletsiz insanların cəsədləri aşkarlandı - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Serbiyadan Paraqvaya gəmi ilə göndərilən gübrə konteynerlərində biletsiz insanların cəsədləri tapılıb.

 

Bu barədə “Reuters” xəbər yayıb.

Meyitlər gübrə şirkətinin meneceri tərəfindən konteyner açıldıqdan sonra tapılıb. Onun sözlərinə görə, cəsədlər tamamilə çürümüş vəziyyətdə olub - onlardan yalnız sümüklər, saçlar və paltarlar qalıb.

Eyni zamanda, konteynerdə havalandırma üçün düzəldilən dəlik də tapılıb.

İki qurbanın əşyaları arasında Mərakeş vətəndaşlarının adına sənədlər aşkarlanıb.

Müstəntiqlərin ehtimallarına görə, onlar bilet olmadan daha yaxın bir yaşayış məntəqəsinə yollanmaq istəyiblər, ancaq məsafəni düzgün hesablamayıblar.

Gəmi təxminən üç ay yolda olub, qaçqınların qida ehtiyatları isə cəmi üç gün üçün nəzərdə tutulubmuş.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar