Türkiyədə konsert verən Mətanət İskəndərlini biabır etdilər - FOTO

Oxunma sayı: 697
Yerli       25 Oktyabr 2020, 19:54
Türkiyədə konsert verən Mətanət İskəndərlini biabır etdilər     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Əməkdar artist Mətanət İskəndərli ötən gün Türkiyənin İstanbul şəhərində yerləşən "İst-Baku" restoranında konsert proqramı ilə çıxış edib. Azərbaycanın Vətən müharibəsi apardığı bir ərəfədə müğənninin belə bir addım atması hər kəs tərəfindən sərt reaksiya ilə qarşılanıb.

 

Azmedia.az  bildirir ki, konsertin iki gün, yəni 24-25 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub. Müğənni konsertinin ilk günündəcə ictimaiyyətin sərt tənqidləri ilə üzləşib. Sosial şəbəkələrdə çoxlu sayda izləyicilər "Artistlik edib "İnstagram"da şəkillər paylaşırsan, özün isə restoranda konsert verirsən...!", "Bir-iki manata görə nə şəhid bildin, nə də vətən" və sairə bu kimi şərhlər yazıblar.

Çoxsaylı tənqidlərdən sonra adı çəkilən restoranın "İnstagram" səhifəsindən konsertlə bağlı anons və paylaşımlar silinib.

Məsələyə tanınmışlar da reaksiya veriblər. Tarix Əliyev (Tolik) bu barədə sosial şəbəkədə aşağıdakıları qeyd edib:
"Bu nə biabırçılıqdır?! İstanbulda konsert vermək nədir, özü də 2 günlük? Bu ölkədə şəhid xəbəri alırıq! Türkiyədə müharibə olsaydı konsert verə bilərdiniz? Bəs hər gün videolarla xalqa yalandan təsəlli vermək nədir? Ayıb olsun!"

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar