Ermənistanın Daşkəsəni atəşə tutması nəticəsində meşədə başlayan yanğın söndürülüb

Oxunma sayı: 562
Siyasət       26 Oktyabr 2020, 15:03
Ermənistanın Daşkəsəni atəşə tutması nəticəsində meşədə başlayan yanğın söndürülüb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində meşədə baş verən yanğının qarşısı alınıb.

 

Azmedia.az-ın məlumatına görə, təxminən 2 hektara qədər ərazidə yanğın baş verib.

10:18

Düşmənin atəşkəsi pozması nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində olan meşə ərazisində yanğın olub.

 

Azmedia.az  xəbər verir ki, əraziyə 3 yanğınsöndürən maşın göndərilib.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar