Bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi, həyatını xilas etmək mümkün olmadı

Oxunma sayı: 708
Kriminal       26 Oktyabr 2020, 17:32
Bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi, həyatını xilas etmək mümkün olmadı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Şamaxı sakini həmyerlisini qətlə yetirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Azmedia.Az-a verilən məlumata görə, oktyabrın 24-də şəhər sakini Samir Əhmədovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla bu cinayət əməlinin şəhər sakini X.Əliyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində X.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar