Cəbhədən rəsmi olmayan video və foto yayanlara PİS XƏBƏR...

Oxunma sayı: 552
Ölkə       26 Oktyabr 2020, 21:45
Cəbhədən rəsmi olmayan video və foto yayanlara     PİS XƏBƏR...

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Son günlər sosial şəbəkələrdə cəbhə ilə bağlı rəsmi olmayan məlumatların, video və ya fotoların paylaşılması halları ilə tez-tez rastlaşırıq. Belə informasiyaları yayan şəxslər istəyirlər ki, mövcud müharibənin zəfəri ilə bağlı xəbəri ictimaiyyətə məhz özləri çatdırsın. Lakin bir çox hallarda yayılan belə xəbərlər ya yalan olur, ya da təxribat xarakteri daşıyır.

 

Azmedia.Az xəbər verir ki, Redaktor.az-a müsahibəsində İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, arxa cəbhədə də informasiya müharibəsi gedir və bu çox ciddi məsələdir:

 

“Müharibə zamanı heç bir əlavə məlumat paylaşılmamalıdır. Sosial şəbəkələrdə, əsasən də Tvitterdə paylaşılan hər hansı bir şəkil və videonun çəkildiyi yerin kordinatlarının tapılması asanlaşıb. Bu da düşmən tərəfin artıq informasiya almasına səbəb olur. Bu, çox vacib məsələdir. Bununla bağlı Müdafiə Nazirliyi, digər dövlət orqanları tərəfindən əhaliyə dəfələrlə xəbərdarlıqlar edilib. Lakin sosial şəbəkələrdə videolar, fotolar paylaşılmağa davam edir. Paylaşılanların bir qismi yalan, heç bir əsası olmayan xəbərlərdir. Müharibə ilə bağlı xoş xəbəri tez çatdırmaq, qabağa düşmək istəyənlər yaydıqları xəbərin mahiyyətini nəzərə almalıdırlar. İnsanlar aldıqları xəbərin yalan olduğunu öyrəndikləri zaman onlarda müəyyən ruhu düşkünlüyü, məyusluq yarana bilir.

 

Məlumdur ki, düşmən tərəf təxribat xarakterli məlumatlar yaymağa davam edir. Hər hansı bir məlumat, yaxud xəbər şüphəli görünərsə, əsaslı mənbələrdən təsdiq gəlmədikcə paylaşmaq olmaz.  Bu baxımdan vətəndaşlar diqqətli olmalıdırlar".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar