Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi - Hərbi ekspert - VİDEO

Oxunma sayı: 562
Siyasət       27 Oktyabr 2020, 09:50
Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi -     Hərbi ekspert - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan ordusu Qubadlının işğaldan azad etməklə Laçın dəhlizinə nəzarəti gücləndirə bildi ki, bu da düşmənə sarsıdıcı zərbənin vurulması deməkdir.

 

Azmedia.Az Xəzər TV-yə istinadla xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov Qubadlı rayonun strateji əhəmiyytətindən danışarkən bildirib. Ekspertin sözlərinə görə artıq ordumuz Qarabağa aparan kommunikasiya xətlərinə nəzarət edə bilir ki, bu da düşmənin sonunun uzaqda olmadığını göstərir.

 

Qubadlının işğaldan azad edilməsi Azərbaycan ordusunun Qarabağa aparan yollara daha yaxşı nəzarət etməsinə imkan verir. Bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat verib.

 

Onun sözlərinə görə, bu rayonunun işğaldan azad edilməsi cəbhənin digər istiqamətlərində də sürətli irəliləyişi təmin edəcək. Çünki buradan Qarabağa aparan əsas yol, yəni Laçın dəhlizinə daha yaxından nəzarət etmək mümkündür.

 

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan orudusu Kəlbəcər rayonunun bir hissəsini işğaldan azad etməklə Qarabağa şimaldan gələn yolu nəzarətdə saxlaya bilir. Çünki, düşmən əsas təminat yolu kimi Laçın kalidorunu istifadə edirdi.

 

Üzeyir Cəfərov bildirir ki, hazırda ordumuzun yerləşdiyi yerlər dağlıq ərazilər olsa belə müasir texnalogiyalarla əraziyə nəzarət edə bilir. Eyni zamanda Qubadlı istiqamətindən işğal altındakı ərazilərə silah-sursatın daşınmasının da qarşısı tam formada alınıb.

 

Hərbi ekspertin sözlərinə görə, işğaldan azad edilmiş ərazilər göstərir ki, artıq müharibənin sonuncu fazası yaşanır. Yəni ordumuz bütün torpaqları işğaldan azad etməyə çox yaxındır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar