Rusiyada müəllimi soymaq üçün öldürüb barmağını kəsdilər

Oxunma sayı: 556
Dünya       27 Oktyabr 2020, 11:15
Rusiyada müəllimi soymaq üçün öldürüb barmağını kəsdilər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Rusiyanın Sank-Peterburq vilayətinin Frunzenski rayonunda müəllimin barmağı kəsilmiş vəziyyətdə meyiti tapılıb.

“Fontanka” xəbər verir ki, bu barədə ölən qadının vətəndaş nikahında olduğu 34 yaşlı əri polisə xəbər verib.

Onun sözlərinə görə, bir neçə gün evə getməyib. Evə getdiyi zaman yoldaşını ölü vəziyyətdə tapıb. O qeyd edib ki, qadın çılpaq və əlinin birində baş barmağı kəsilmiş vəziyyətdə yataqda olub.

İstintaq hesab edir ki, bu, ölən şəxsin telefonundakı kilidi açmaq üçün edilib. Cinayətkar onun hesabından pul çəkmək üçün bu vasitədən istifadə edə bilərdi. Ölüm səbəbi isə boğulma olub.

Öldürülən qadının hesabında külli miqdarda vəsaitin olduğu bildirilir.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başladılıb.(oxu.az)

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar