Mövsümi təkərləri dəyişdirərkən buraxılan səhvlər

Oxunma sayı: 543
Maraqlı       27 Oktyabr 2020, 12:00
Mövsümi təkərləri dəyişdirərkən buraxılan səhvlər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Uzun müddət saxlanıldıqdan sonra hər bir təkərin bütünlüyü və aşınması, həmçinin ehtiyatsız demontaj zamanı zədələnmə ehtimalı yoxlanılmalıdır. Mövsümi təkərləri dəyişdirərkən köhnəlmiş və qüsurlularının quraşdırılması buraxılan səhvlər siyahısında ilk yerdədir.

“RİA Novosti”nin məlumatına görə, Rusiyanın “Za Rulem” (“Sükan arxasında”) jurnalının mütəxəssisi Vladimir Solovyov belə deyib.

Onun sözlərinə görə, təkər disklərinin korroziya və zədələnmə halları da nəzərə alınmalıdır: 

“Çünki əks təqdirdə bu, hermetikliyin pozulmasına gətirər, bu isə mütəmadi olaraq təkəri doldurmalı olacağınız mənasına gəlir”, - deyə mütəxəssis əlavə edib.

O, təkərlərin “quru” montajını da səhv adlandırıb. Solovyov təkərin çarxa montajı zamanı müvafiq pastadan istifadə edilməli olduğunu vurğulayıb.

“Bununla belə heç bir halda “litol” tipli konsitent sürtgüləri və ya motor yağları istifadə edilməməlidir, çünki onlar rezini aşındırır”, - deyə Solovyov əlavə edib.

Digər səhv təkərlərin protektor modelinə düzgün quraşdırılmasıdır.

“Əlavə olaraq, təkərlərin təzyiqi yoxlanılmalıdır. Bu, insan orqanizmində təzyiqin önəmindən heç də az əhəmiyyət daşımır”, - deyə mütəxəssis xəbərdarlıq edib.

Digər bir səhv təkər balanslaşdırma ehtiyacını nəzərə almamaqdır. Mütəxəssisin fikrincə, ehtiyatlı sürməklə balanslaşdırmada qənaət ediləcəyini düşünmək səhvdir, çünki təkər köhnəldikcə hissələrin hər birinin çəkisi dəyişir, bu da tarazlığın pozulmasına səbəb olur.

Son səhv təkərdə boltların və qaykaların düzgün bərkidilməməsidir. Mütəxəssis onları sıxarkən dinamometrik açarın istifadəsinin vacibliyini vurğulayıb.

“Ancaq təkər boltlarını yağlamaq olmaz, çünki hərəkət zamanı o, müstəqil şəkildə açılıb düşə bilər”, - deyə Solovyov sözlərini yekunlaşdırıb.(oxu.az)

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar