Azərbaycan əsgərinin Hadrutda tapdığı erməni qadın: "Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoyub qaçdılar" - VİDEO

Oxunma sayı: 528
Ölkə       28 Oktyabr 2020, 10:15
Azərbaycan əsgərinin Hadrutda tapdığı erməni qadın:     "Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoyub qaçdılar" - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ermənistan hakimiyyəti üçün insan amili sonuncu məsələdir. Biz bunu təkcə günlərdir döyüş meydanına atıb qaçdıqları əsgərlərinin timsalında yox, eyni zamanda yaşlıdır deyib, düşmənçilik niyyətlərindən heç zaman əl çəkmədikləri, nifrətlərini bir an belə olsun əskik etmədikləri Azərbaycan əsgərinin işğaldan azad etdikləri torpaqlarda qoyub qaçdıqları yaşlı vətəndaşlarının, qadınlarının timsalında da görə bilərik. Bir daha aydın olur ki, Ermənistan hakimiyyəti üçün müqəddəs heç nə yoxdur. 

 

Azmedia.Az Milli.Az-a istinadən xəbər verir ki, bu fikirləri Hadrutun erməni işğalından azad olunması zamanı tapılan iki yaşlı qadından biri olan Yevgeniya Babayanın dedikləri bir daha təsdiq edir: "Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. Mehriban, sülh şəraitində onlarla birgə xəstəxanada işləmişəm.

 

Məni çox yaxşı qəbul edirdilər. Gəldim Hadruta, bir xeyli vaxt keçdi. Bu müharibə başladı. Ermənilər məni evin zirzəmisində qoyub qaçdılar. Dedilər ki, səni aparacağıq, aparmadılar. Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular.

 

Azərbaycanlı gəldi, mənə kömək etdi, dedi ki qorxma-qorxma, bacı, avtomobillə Bakıya gətirdi. İndi Bakıda xəstəxanadayam. Məni yaxşı yedizdirirlər, yaxşı baxırlar. Çox minnətdaram. Ona görə ki, bizim ermənilər məni qoruya bilmədilər. Bizim ermənilər məni qoyub qaçdılar.

 

Atalar, analar, çətin şey deyil sülh yaratmaq, kömək edin ki, azərbaycanlılarla birgə yaşayaq. Bu, həyat deyil, bu, yaşayış deyil".

 

Erməni qadınının bu söylədikləri Azərbaycan ordusunun düşmən ölkənin vətəndaşlarına qarşı da xilaskar missiyanı humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar çərçivələr daxilində yüksək səviyyədə həyata keçirdiklərini əyani şəkildə sübut edir. 

 

Xatırladaq ki, Ermənistan hərbçilərinin işğal etdikləri ərazilərdən geri çəkildikləri zaman köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxs, Hadrut sakinləri - 1935-ci il təvəllüdlü Babayan Yevgeniya Pavlovna və 1935-ci il təvəlüdlü Melkumyan Mişa Merlandoviç Azərbaycan hərbiçiləri tərəfindən xilas edilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar