Bakıda azyaşlı qızlara qarşı İYRƏNC CİNAYƏT - Kişi ilə qadın tutuldu

Oxunma sayı: 543
Kriminal       28 Oktyabr 2020, 12:00
Bakıda azyaşlı qızlara qarşı İYRƏNC CİNAYƏT -     Kişi ilə qadın tutuldu

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda soyğunçuluqla məşğul olan şəxslər tutulub.

 

Azmedia.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə oktyabrın 25-də rayon ərazisindəki evlərdən birinin qarşısında həmin evin 2 ayrı mənzilində yaşayan 5 yaşlı iki qızın qulaqlarındakı qızıl sırğaların çıxarılaraq aparılması barədə məlumat daxil olub.

 

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Rüstəmova və əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılıblar.

 

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 23-də rayon ərazisində daha bir evin qarşısında 3 yaşlı bir qızın qulağından qızıl sırğanı eyni üsulla almaları da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar