UEFA Azərbaycan - Monteneqro matçının yerini dəyişdi

Oxunma sayı: 489
İdman       28 Oktyabr 2020, 19:11
UEFA Azərbaycan - Monteneqro matçının yerini dəyişdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

UEFA Azərbaycan yığmasının Millətlər Liqasının V turunda Monteneqroya qarşı keçirəcəyi oyunun yerini dəyişdirib.

 

Azmedia.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Ivić” stadionunda gerçəkləşəcək.

Qeyd edək ki, UEFA daha əvvəl oyunun Xorvatiyanın paytaxtı Zaqrebdəki Maksimir stadionunda keçiriləcəyini bildirmişdi. Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandanın IV turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar