Xankəndindəki doğum evinin “bombalanması” saxta çıxdı - Sübutlar + FOTO

Oxunma sayı: 523
Ölkə       28 Oktyabr 2020, 20:45
Xankəndindəki doğum evinin “bombalanması” saxta çıxdı - Sübutlar + FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko “Odesskiy Kuryer” nəşrində və “Facebook” səhifəsində erməni tərəfinin guya Xankəndidəki doğum evinin “atəşə tutulması” ilə bağlı saxtakarlığını ifşa edib.

Qeyd edək ki, bu “feyk” dünən və bu gün Ermənistan tərəfindən Azərbaycanın Bərdə şəhərinin dinc sakinlərinə qarşı törədilən, kasset mərmilərindən istifadə nəticəsində 21 nəfərin öldüyü, 70 nəfərin yaralandığı terror aktına bəraət qazandırmaq üçün yayılıb.

Kovalenko yazır ki, bu gün rus və erməni təbliğatçıları Azərbaycan, bir qədər sonra dəqiqləşdirmə ilə türk aviasiyasının guya Xankəndidə doğum evinə zərbə endirməsi barədə saxta xəbəri kütləvi şəkildə yaymağa başladılar. Ermənilər iddia edir ki, guya zərbələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi əmri ilə Türk F-16 qırıcıları tərəfindən həyata keçirilib.

 

“Bu informasiyanın erməni hərbçilərinin “Smerç” reaktiv yaylım atəş sistemi vasitəsilə dinc əhali arasında çox sayda itkilərə səbəb olan Azərbaycanın Bərdə şəhərinə zərbə endirməsi ilə eyni anda ortaya çıxması vacibdir. Aydındır ki, F-16-ların Xankəndidəki doğum evinə hücumu barədə məlumat informasiya meydanında erməni ordusunun qanlı cinayətini ört-basdır etmək üçün buraxılıb. Ancaq bu feyk də rus təbliğatçıların bir çox cəhdləri qədər anlamsız oldu.

Birincisi, Xankəndidəki doğum evinin vurulmasına dair yalnız əsassız açıqlamalar deyil ilk fotoşəkillər ortaya çıxan kimi məndə bir dissonans yarandı. Rus və erməni məbələrinin məlumatlarında doğum evinə zərbə barədə danışılanda ağıla həmin an insanların təşviş içində olduğu, tüstüyə qərq olmuş palatalardan doğuş etmiş qadınların qaçması gəlir.

Elə həmin an bizə hansısa boş, elementar mebelləri belə olmayan və dağılma anında sanki təmirə bağlanmış kimi görünən yer nümayiş etdirilir. Yəni, kobud şəkildə desək, həmin binalarda yaşayış olmayıb.

İkincisi və ən maraqlısı budur ki, xəstəxanaya atıldığı iddia edilən həmin bombanın başlığı bizə göstərildi. Ancaq məsələ də elə burasındadır,  əraziyə düşdükdən sonra bu qədər yaxşı qalan bombalarda başlıq qalmır, ancaq bizə göstərilən isə Ermənistan ordusunun arsenalında olan zenit-raket komplekslərində, həmin TOR-M2KM-lərdə istifadə edilən 9M33 idarəolunan zenit raketinin başlığıdır.

Erməni HHM sistemləri Xankəndi hava məkanında, bəlkə də hansısa pilotsuz uçuş aparatının sızmasına əngəl olmaq istəyib və idarəolunan zenit raketdən istifadə edib.

Məhz xəstəxana binası üzərində idarəolunan zenit raketin partlayışı baş verib, parçaları binanın üzərinə düşüb. Hansı ki, bu partlayış binaya bomba partlayışından sonra dəyə biləcək ziyana bənzəməyən bir zərər vurub.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi artıq erməni KİV-lərinin yaydığı dezinformasiyaya reaksiya verib. Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, Xankəndidə yerləşən doğum evinin guya Azərbaycan ordusu tərəfindən vurulmasına dair informasiyalar  məqsədyönlü şəkildə yayılan dezinformasiyadır. Bununla düşmən Bərdə şəhərində törətdiyi və çox sayda insan itkisinə səbəb olan hərbi cinayətdən diqqəti yayındırmağa çalışır.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar