Uşaqlarına mayallaq aşmağı öyrətmək istəyirdi, iflic qaldı - FOTO

Oxunma sayı: 526
Dünya       28 Oktyabr 2020, 21:00
Uşaqlarına mayallaq aşmağı öyrətmək istəyirdi, iflic qaldı -     FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Uşaqlarına mayallaq aşmağı öyrədərkən boynunu qıran ata iflic qalıb.

 

"The Sun"ın məlumatına görə, dəhşətli hadisə Böyük Britaniyada baş verib.

 

Azmedia.Az BiG.AZ-a istinadən xəbər verir ki, 2 uşağı olan 38 yaşlı Ueyn Dakvort istirahət gününü əyləncəli keçirmək qərarına gəlib. Bunun üçün yaxın qohumlarını evinə dəvət edib.

 

Böyüklər həyətdə dincəldikdən sonra evə keçiblər. Qohumlar spirtli içki qəbul edib, kart oynayıb və uşaqlarla əyləniblər.

"Uşaq vaxtı mayallaq aşmağımızı xatırladıqda, baş təlxək olaraq, bunu qonaq otağında xalçanın üstündə etmək qərarına gəldim", - deyə Dakvort olanları xatırlayır.
Lakin dombalaq aşarkən ata qəfil bədəninin sustaldığını hiss edib.

Kişi təcili xəstəxanaya çatdırılıb. Həkimlər onun akrobatik elementi yerinə yetirərkən onurğa beynini zədələndiyini və sinəsindən ayaqlarına qədər iflic olduğunu müəyyən ediblər.
Britaniyalı kişi üç həftə reanimasiya şöbəsində qalıb. Bundan sonra o, travma mərkəzinə köçürülüb.
"Hazırda yeni reallığa uyğunlaşmağa çalışıram", - deyə o, bildirib.

Oxu.az

Uşaqlarına mayallaq aşmağı öyrətmək istəyirdi, iflic qaldı - FOTOUşaqlarına mayallaq aşmağı öyrətmək istəyirdi, iflic qaldı - FOTOUşaqlarına mayallaq aşmağı öyrətmək istəyirdi, iflic qaldı - FOTOUşaqlarına mayallaq aşmağı öyrətmək istəyirdi, iflic qaldı - FOTOUşaqlarına mayallaq aşmağı öyrətmək istəyirdi, iflic qaldı - FOTOUşaqlarına mayallaq aşmağı öyrətmək istəyirdi, iflic qaldı - FOTOUşaqlarına mayallaq aşmağı öyrətmək istəyirdi, iflic qaldı - FOTOUşaqlarına mayallaq aşmağı öyrətmək istəyirdi, iflic qaldı - FOTO

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar