Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib - FOTO/VİDEO

Oxunma sayı: 525
Siyasət       28 Oktyabr 2020, 23:15
Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib -     FOTO/VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti şəkildə pisləyən qətnamə qəbul edib.

Qətnamə deputat, sabiq spiker Sərdar Ayaz Sadiq tərəfindən Assambleyaya təqdim olunub və yekdilliklə təsdiq edilib.

Qeyd edək ki, 2012-ci ildə Pakistan Senatının Xarici əlaqələr komitəsi, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının Xarici işlər üzrə daimi komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişdi.

İndiki qətnamə isə bütövlükdə Pakistan Milli Assambleyasının mövqeyinin əksidir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar