Eyni vaxtda koronavirus və qripə yoluxmanın ölümcül təhlükəsi açıqlandı

Oxunma sayı: 645
Sağlamlıq       29 Oktyabr 2020, 09:30
Eyni vaxtda koronavirus və qripə yoluxmanın ölümcül təhlükəsi açıqlandı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Koronavirusdan ölüm hadisələri arasında qripin ağırlaşdırdığı hallar da ola bilər.

 

Azmedia.Az oxu.az-a istinadən məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq, Meçnikov adına Vaksin və Zərdablar Elmi Tədqiqat İnstitutunun direktoru Vitali Zverev xəbər verib.

 

COVID-19 pandemiyası fonunda bir çoxları qripdən çəkinməyi dayandırıb, halbuki bu xəstəlik heç də koronavirusdan az təhlükəli deyil. Belə ki, sözügedən respirator xəstəliyindən ölüm halları dünyada ən yüksək göstəricilərə malikdir.

 

"Məsələn, ABŞ-da mövsümi qrip epidemiyası dövründə 30-40 min insan vəfat edir. Diabet xəstələri, ürək-damar xəstəlikləri və böyrək problemi olanlar isə xüsusi risk qrupundadır. COVID-19-la eyni vaxtda qripə yoluxmaq pasiyentin vəziyyətini lap ağırlaşdıra bilər", - deyə o, vurğulayıb.

 

Zverev ehtimal edir ki, qrip ağırlaşmalarına görə koronavirusdan ölən xəstələr az olmayıb. Lakin təsdiqlənmiş COVID-19 diaqnozunda həkimlər xəstəni qriplə əlaqədar müayinə etmirlər, laboratoriya diaqnozları qoyulmadığı üçün də bu barədə dəqiq heç nə deyilmir.

 

"Ola bilməz ki, bir il ərzində qrip hadisəsi qeydə alınmasın", - deyə həkim əlavə edib.

 

Bununla birlikdə, o, bu il qrip infeksiyasına yoluxma halının ötən illərə nisbətən daha az olacağına inandığını deyib:

 

"Adətən qrip epidemiyası şərqdən gəlir. İndi isə sərhədlər bağlıdır".

 

Həkimin sözlərinə görə, qrip COVID-19 kimi asemptomatik olmadığı üçün insanın dərhal xəstə olduğunu anlayır, özünü təcrid edir və daha az insana yoluxdurur.

 

Zverev son olaraq COVID-19 və qripdən ən yaxşı müdafiə vasitəsinin vaksinasiya olduğunu vurğulayıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar