Rusların ermənilərə verdiyi “Krashuka” PUA-ları tuta bilmir - HƏRBİ EKSPERT

Oxunma sayı: 531
Siyasət       29 Oktyabr 2020, 11:15
Rusların ermənilərə verdiyi “Krashuka” PUA-ları tuta bilmir -     HƏRBİ EKSPERT

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ermənistana göndərilən silah-sursat arasında Rusiya istehsalı olan “Krashuka-4” elektronik sistemləri də var.

 

Azmedia.Az xəbər verir ki , məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Əbuzər Əbilov sözügedən “Krashuka”ların sovet dövrünə aid olduğunu bildirib:

 

“Krashuka” radioelektronik mübarizə sistemidir. Həmin texnika döyüş ərazisində müəyyən sahələrdə radioelektron mübarizə apara bilən bir qurğudur. Bu qurğu radioelktron texnikaların işinin əngəllənməsi, sisteminin pozulması üçün nəzərdə tutulub. Bu sistem sovet dövüründə yaradılıb, sonradan isə üzərində moderinləşmə işləri aparılıb. Lakin əminliklə deyə bilərəm ki, bu “Krashuka”larla döyüş əməliyyatlarında böyük bir uğur qazanılmayıb. Rusiya hər nə qədər də qəbul etməsə də, ortada ciddi sübutar var ki, Rusiya bu qurğudan Suriya və Liviyada da istifadə edib. Türkiyənin “Bayrakdar” və digər pilotsuz uçuş aparatları “Krashuka”ları Liviya və Suriyada zərərsiz hala salıb. Bu baxımdan, deyə bilərəm ki, Ermənistana hansı ölkə nə silah verirsə də, üstünlük Azərbaycan Ordusundadır”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar