Prezidentin köməkçisindən İranın münaqişənin həllindəki rolu ilə bağlı AÇIQLAMA

Oxunma sayı: 712
Siyasət       30 Oktyabr 2020, 10:48
Prezidentin köməkçisindən İranın münaqişənin həllindəki rolu ilə bağlı    AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, İran gələcəkdə Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilər.

Bu barədə o, “RİA Novosti”yə müsahibəsində bildirib.

“İran da regional güc, regional ölkə olaraq sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Bu səbəbdən İranın da Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsi prosesində iştirak etmək hüququ var.

Bəlkə, gələcəkdə bu proses çərçivəsində bəzi mexanizmlər, təmas qrupları olacaq. İran da münaqişənin həlli prosesinə öz töhfəsini verə bilər”, - deyə o qeyd edib.

Prezident köməkçisi İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçının Bakıya səfəri ilə bağlı da danışıb.

Onun sözlərinə görə, səfər səmərəli olub:

“Biz gündəlikdə olan bütün ikitərəfli məsələləri, eyni zamanda, (Qarabağla bağlı - red.) münaqişəsinin həllini müzakirə etdik. İran da sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır.

İranın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və dəstəkləyəcəyini yüksək qiymətləndiririk”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar