Emin Əmrullayev: “Hər bir şagird təhsilini davam etdirəcək”

Oxunma sayı: 539
Cəmiyyət       30 Oktyabr 2020, 11:00
Emin Əmrullayev:    “Hər bir şagird təhsilini davam etdirəcək”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Mövcud vəziyyətlərlə bağlı olaraq şagirdlərin sinifdə qalması nəzərdə tutulmur”.

Azmedia.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev təhsillə bağlı keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, hər bir şagird təhsilini davam etdirəcək.

Nazir bildirib ki, artıq səkkiz aydır ki, pandemiya ilə üz-üzəyik:

“Hazırda həm Nazirlər Kabineti yanında operativ qərargahda olan aidiyyəti dövlət qurumları, rəhbərləri, səhiyyə, təhsil sistemləri situasiyanı daha yaxşı başa düşürlər. Qeyri-müəyyənlik azdır”.

“Yoluxma sayı çox olsa da, ötən həftə ilə müqayisədə, yoluxma sürəti azalıb. Bu da atılan addımların nəticəsidir. Tamamilə bu situasiyadan çıxmaq üçün hər bir vətəndaşın davranışı aydındır. Qaydalara əməl etməklə vəziyyət tezliklə nəzarət altına alına bilər”, - deyə nazir əlavə edib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar