Hacı Zeynalabdin Tağıyev küçəsi əsaslı şəkildə təmir olunub - FOTOLAR

Oxunma sayı: 610
İqtisadiyyat       30 Oktyabr 2020, 15:41
Hacı Zeynalabdin Tağıyev küçəsi əsaslı şəkildə təmir olunub         - FOTOLAR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Xəzər rayonu ərazisində genişmiqyaslı işlər aparılır. 

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu çərçivədə rayonun Mərdəkan qəsəbəsində uzunluğu 2450 metr olan Hacı Zeynalabdin Tağıyev küçəsi əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Xəzər rayonu, Mərdəkan qəsəbəsi Hacı Zeynalabdin Tağıyev küçəsində aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri yaradılıb. 

Bundan başqa, aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa edilib, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Daha sonra küçələrə iri və xırdadənəli olmaqla, yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Yolun bəzi hissələrinə ikiqat olmaqla, yeni asfalt-beton örtüyü döşənib. Küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunaraq, müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar