İzmirdə güclü zəlzələ olub, azı bir bina çöküb - FOTO

Oxunma sayı: 816
Dünya       30 Oktyabr 2020, 16:52
İzmirdə güclü zəlzələ olub, azı bir bina çöküb    - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ nəticəsində bina çöküb.

 

Azmedia.az  “Anadolu”ya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar axtarış-xilasetmə işlər başlanıb.

16:09

 

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub.

Azmedia.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub.

Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

Dağıntıların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar