Ana evdə can verən uşağını atıb bara getdi - QƏDDARLIĞI DƏŞHƏTƏ GƏTİRİR - FOTO

Oxunma sayı: 547
Dünya       30 Oktyabr 2020, 22:45
Ana evdə can verən uşağını atıb bara getdi -     QƏDDARLIĞI DƏŞHƏTƏ GƏTİRİR - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İngiltərənin Uişou şəhərində 45 yaşlı Şeron Qoldi can verən uşağını evdə qoyaraq bara yollandığı üçün üç il yarım müddətinə azadlıqdan məhrum edilib.

Ana evdə can verən uşağını atıb bara getdi - QƏDDARLIĞI DƏŞHƏTƏ GƏTİRİR - FOTO

Azmedia.Az  big.az-a istinadən xəbər verir ki, bu barədə "İndependent" yazır.

Hadisə 26 iyul 2018-ci il tarixində baş verib.

Qadının özü 13 yaşlı qızı Robini qəsdən öldürmədiyini desə də, onunla pis rəftar etdiyini, qızına laqeyd olduğunu etiraf edib.

Ana evdə can verən uşağını atıb bara getdi - QƏDDARLIĞI DƏŞHƏTƏ GƏTİRİR - FOTO

Şeron uşağını yaxşı yedirdib geyindirmədiyini, döydüyünü, hətta ölümündən bir il öncə ona narkotik və spirtli içkidən istifadə etməyə icazə verdiyini boynuna alıb. Onun sözlərinə görə. Robin pişik sidiyi və nəcisi də daxil olmaqla antisanitar şəraitdə, bit-birə içində yaşayıb.

Uşaq qarın boşluğu membranının iltihabından (peritonitdən) əziyyət çəkən zaman Qoldi həkimə müraciət etməyib. Hətta qıza təkbaşına da həkimə getməsinə icazə verməyib.

Bu il, oktyabrın 29-da keçirilən məhkəmə iclasında Robinin ölümündən bir həftə əvvəl özünü pis hiss etdiyi və 24 İyul 2018-ci il tarixində solğun olduğu, titrətmədən əziyyət çəkdiyi barədə bildirilib.

Qoldi dostunun Robini taksiylə xəstəxanaya aparmaq təklifini də rədd edib.

İyulun 25-də Robin bağçaya çıxaraq qonşusundan təcili yardım çağırmasını istəyib. Nəfəs ala bilmədiyini söyləsə də, Qoldi yenidən müdaxilə edib və onu evə aparıb.

"Qızınız o gün ağrıyırdı, lakin siz ona ağrıkəsici verib bara getmisiniz. Evə qayıdanda uşağın divandan qalxmağa heyi olmayıb, lakin siz hava yaxşı olduğu üçün həyətə düşüb içməyə davam etmisiz. Bir saat sonra qız keçinib", - deyə hakim Lord Bekket bildirib.

Məhkəmədə Qoldinin qəddarlığına görə həbs cəzasının daha yüngül bir cəza ilə əvəz edilə bilməyəcəyi deyilib:

"Qızınızı normal qidalarla təmin etmək üçün kifayət qədər pulunuz var idi, lakin siz bunun yerinə alkoqol və narkotik alaraq onu yemək əvəzinə qızınıza verirdiniz".

Qoldinin vəkili Marko Qarino iddia edib ki, ananın belə davranışına 10 yaşında aldığı beyin travması səbəb ola bilər.

 

Ana evdə can verən uşağını atıb bara getdi - QƏDDARLIĞI DƏŞHƏTƏ GƏTİRİR - FOTOŞeron

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar