İki ay əvvəl oğurlanan uşaq evinin 20 kilometrliyində zirzəmidə tapıldı - FOTO/VİDEO

Oxunma sayı: 973
Dünya       21 Noyabr 2020, 14:37
İki ay əvvəl oğurlanan uşaq evinin 20 kilometrliyində zirzəmidə tapıldı         - FOTO/VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Rusiyanın Vladimir vilayətində itkin düşən yeddi yaşlı  Saveli Roqovçev iki aydan sonra sağ-salamat tapılıb.

 

Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, o, məktəbdən qayıdarkən avtobusdan düşüb, ancaq evinə çatmayıb.

Savelinin axtarışına polislər, hərbçilər və könüllülər qoşulub. Ancaq nəticə verməyib.

Uşaq evinin 20 kilometrliyində tapılıb. Kömək gözlənilməz yerdən - Interpoldan gəlib. Onlar DİN-ə “darknet”də olan məlumatı ötürüblər. Orada deyilirdi ki, bir kişi evində bir uşağı zorla saxlayır. Sonradan bu məlumatlar öz təsdiqini tapdı.

Uşaq oğurluğu ilə əlaqədar 26 yaşlı Dmitri Kopılov saxlanılıb. Uşaq onun evinin zirzəmisindən çıxarılıb.

Saveli artıq valideynlərinə təhvil verilib.

 

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar