Bolqarıstanda etirazçılar hökumətin istefasını tələb edir -FOTO

Oxunma sayı: 549
Dünya       21 Noyabr 2020, 22:30
Bolqarıstanda etirazçılar hökumətin istefasını tələb edir    -FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bolqarıstanın Sofiya şəhərində parlamentin keçmiş binası qarşısında “Birlikdə qalib gələcəyik” şüarı altında ümumxalq etiraz mitinqi keçirilir. Azmedia.Az bildirir ki, bu barədə “TASS” xəbər verib.

 

Soyuq havaya baxmayaraq, yerli vaxtla saat 17:00-da başlayan etiraz aksiyasına yüzlərlə insan toplaşıb. Onlar Baş nazir Boyko Borisovun başçılıq etdiyi hökumətin və baş prokuror İvan Qeşevin istefasını tələb edir.

 

Parlamentin keçmiş binasının qarşısında aksiya iştirakçıları matəm əklili qoyublar. Onlar bunu “ölkə hökumətinin ölməsi” və dövləti idarə etmək iqtidarında olmaması ilə izah edib.

 

Hazırda aksiya insidentsiz keçir.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar