Bakıda ağır qəza: Ər-arvad yaralandı

Oxunma sayı: 748
Hadisə       22 Noyabr 2020, 12:55
Bakıda ağır qəza:       Ər-arvad yaralandı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

 

Azmedia.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Bakı metrosunun “20 Yanvar” stansiyası yaxınlığında iki avtomobilin toqquşması nəticəsində 1967-ci il təvəllüdlü Nəhmətov Oruc Nəhmət oğlu və onun həyat yoldaşı Nəhmətova Xumar Rəfiəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Müayinə zamanı O.Nəhmətova sol topuğun sınığı, X.Nəhətovaya isə sol mil sümüyünün yerdəyişən sınığı diaqnozları qoyub.

Hadisənin təfərrüatı araşdırılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar