ABŞ-da ticarət mərkəzində silahlı insidentdə iştirak edən yeniyetmə tutuldu - VİDEO

Oxunma sayı: 566
Dünya       23 Noyabr 2020, 11:30
ABŞ-da ticarət mərkəzində silahlı insidentdə iştirak edən yeniyetmə tutuldu -     VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ-da polislər ticarət mərkəzində baş vermiş silahlı insidentin iştirakçılarından biri olmuş 15 yaşlı yeniyetməni saxlayıb.

Qeyd edək ki, polislər dünən Viskonsi ştatında yerləşən ticarət mərkəzlərinin birində baş verən atışma nəticəsində səkkiz nəfərin yaralandığını bildirmişdi.

Hadisəni törədən şəxslər isə gizlənməyi bacarmışdılar.

“FOX 6 Now” telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, “Mayfair Mall” ticarət mərkəzində silahlı insidentdə iştirak edən Latın Amerikası mənşəli 15 yaşlı oğlan saxlanılıb.

Saxlanılan vaxt onun üzərindən ticarət mərkəzində atışmada istifadə olunan silah tapılıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, silahlı qarşıdurma iki qruplaşma arasında baş verib və xəsarət alan şəxslər hadisə vaxtı oradan keçən insanlar olub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar