Saatlı sakinindən narkotik və odlu silah götürülüb

Oxunma sayı: 649
Kriminal       23 Noyabr 2020, 15:05
Saatlı sakinindən narkotik və odlu silah götürülüb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Narkotiklə saxlanılan şəxsin evindən odlu silah tapılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Azmedia.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini N.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 200 qramdan artıq marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 28 ədəd patron da götürülüb. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar