Bakıda fahişəliklə məşğul olan 14 yaşlı qızdan ŞOK SÖZLƏR – Barışmışam

Oxunma sayı: 1624
Cəmiyyət       23 Noyabr 2020, 19:37
Bakıda fahişəliklə məşğul olan 14 yaşlı qızdan     ŞOK SÖZLƏR – Barışmışam

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakının Xətai rayonunda yetkinlik yaşına çatmayan qızı fahişəliyə cəlb etməkdə ittiham olunan 1982-ci il təvəllüdıü Lətafət Xəlilovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Azmedia.az  xəbər verir ki, Neftçala sakini Lətafət Xəlilova Xətai rayonunda yaşayan 2003-cü il təvəllüdlü Səidə Məmmədovanı (ad-soyad şərti verilib – H.Z.) fahişəliyə məcbur edib. O, Səidəni müxtəlif ünvanlara aparıb, tanış müştərilərlə 120-150 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edib.

Lətafət Xəlilova həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 20 və 30 manat məbləğlərdə özünə qazanc götürüb.

İstintaq orqanı tərəfindən Lətafət Xəlilova barəsində Cinayət Məcəlləsinin 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Lətafət Xəlilova elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Səidə Məmmədova ilə 2017-ci ilin iyul ayının ortalarında tanış olub: “Səidə mənə zəng edərək maddi cəhətdən çətinlik çəkdiyini, fahişəliklə məşğul olduğunu, pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştəri tapmağımı xahiş etdi. Səidəyə yazığım gəldiyi üçün bir neçə şəxslə onu əlaqələndirdim. Səidənin azyaşlı olduğu barədə məlumatım olmayıb. Səidə mənə 21 yaşının olduğunu deyib. Törətdiyim əməldən peşmanam”.

Zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova bildirib ki, Əhmədli qəsəbəsində anası, bacıları və qardaşı ilə birlikdə yaşayır: “Valideynlərim 2014-cü ildə boşanıb, özüm 5-ci sinifə kimi təhsil almışam, valideynlərim ayrıldıqdan sonra məktəbə getməmişəm. 2017-ci ilin iyun ayının əvvəllərində Briliyant adl rəfiqəmin yanında Gülnarla tanış oldum. Gülnar istifadə etdiyim mobil nömrəmi götürdü. Sonradan Gülnarla danışıq zamanı onun qadınları fahişəliyə cəlb etdiyini, istədiyi halda məni də fahişəliyə cəlb edə biləcəyini bildirdi. Gülnar məni müxtəlif müştərilərlə pul qarşılığında görüşdürdü”.

Səidə Məmmədovanın ifadəsinə görə, Lətafətlə 2017-ci ilin iyul ayının ortalarında xatırlamadığı şəxsin vasitəsilə tanış olub: “Lətafət nömrəmi götürdü, özünün nömrəsini də mənə verdi. Lətafət yaxşı müştərilərinin olduğunu, həmin müştərilərlə məni calaşdıracağını, bu yolla yaxşı pul qazanacağımı dedi. Həmin ərəfədə anam xəstə idi, pula ehtiyacım olduğu üçün onun təklifi ilə razılaşdım”.

Səidə Məmmədova qeyd edib ki, bundan sonra Lətafət onu müştərilərinə təqdim etməyə başlayıb: “Lətafət 2017-ci ilin iyul ayının ortalarından dekabrın ortalarına kimi müştərilərinə məni cinsi əlaqədə olmağım üçün təqdim edib. Lətafətə 14 yaşda olduğumu deməmişəm. O, məni müştərilərlə cinsi əlaqədə olmağa apararkən sonradan onlarla əlaqə yaradıb, münasibət saxlamağıma icazə verməyib. Pulu müştərilərdən özü götürüb, mənə düşən payı ayırıb, qalanını özündə saxlayıb. Lətafət mənə 100-120 manat verib, özünə isə bildiyim qədər 20-30 manat düşüb”.

Səidə Məmmədova deyib ki, onu Gülnar, Lətifə və Rita adlı qadınlar da fahişəliyə cəlb edib: “Həmin şəxslər mənim yaşımı və ailə vəziyyətimi bilib. Azyaşlı kimi məni müştərilərinə təqdim ediblər. Hazırda Lətafətlə barışmışam, ona qarşı şikayətim yoxdur”.

Xətai rayon Məhkəməsinin hökmü ilə Lətafət Xəlilovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Ona 1 il 6 ay sınaq müddəti təyin edilməklə 3 il müddətinə şərti cəza təyin olunub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar