Tovuzda yasa gələnlər ölənin COVİD xəstəsi olduğunu bilmədilər, yoluxdular - FOTO

Oxunma sayı: 821
Cəmiyyət       23 Noyabr 2020, 20:40
Tovuzda yasa gələnlər ölənin COVİD xəstəsi olduğunu bilmədilər, yoluxdular    - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Xəstələri müalicə etmək üçün birinci onun beyin proqramını müalicə etmək lazımdır. Beyin proqramı yerində olanda hər şey yolunu tapır".

 

Bunu  Azmedia.Az-a açıqlamasında koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan 1 Sayli Kliniki Tibbi Mərkəzin terapevti, Tibb elmləri namizədi Eldar Kamranov deyib.

Həkim bildirirb ki, dövlətin sərtləşdirilmiş karantin rejimi ilə bağlı son qərarları çox düzgün qərardır:

"Birinci xəstəliyin müalicəsindən qabaq onun profilaktikasıdır, qarşısının alınmasıdır. Səhiyyə sistemində həmişə bu şeylər var ki, birinci qabaqlayıcı tədbrilər görülməlidir ki, biz bu xəstəliyə tutulmayaq, az tutulaq, tutulanda da yüngül keçirə bilək. Xəstəliklə mübarizənin birinci mərhələsində bu proses dayanır. Bizdə bu hallar aşağı göstəricidədir. Biz bu məsələyə çox əhəmiyyət vermədik. Çox insanlar maskadan imtina etdi, avtobusda kimə maska tax deyilirdisə xətrinə dəyirdi. Yas yerlərində yoluxanların sayı bir az da artdı. İnsanlar bir az laqeyd yanaşdılar, biganəliyə doğru getdilər. 

Müharibədəki qələbəmizlə bağlı ölkəmizdə kütləvi tədbirlərə qatılanlar da maskasız küçələrə yığıldılar... öpüşmək-görüşmək, belə olmaz. Hamıya bəllidir ki, bəli, hava soyuyanda virusun aktivliyi artır. İnsanlar daha çox qapalı məkanlarda isti olan yerlərdə yığışmağa üstünlük verirlər. Məsələn, hətta avtobusda yol gedəndə pəncərələri açmırıq, hava dövr eləmir. Belə bir vəziyyətdə əksəriyyət maskanı tam mənada yaddan çıxardı. Xüsusilə rayonlarda maska taxanlara lağ etməyə, gülməyə başladılar. İndi rayonlarda yoluxma sayında əməlli-başlı artım var.

Dövlətimiz nə qədər məhdudlaşdırıcı tədbir görürsə, bu hamısı xeyirimizədir. Biz əgər sərt karantin rejiminə əməl etsək böyük ehtimalla bir aydan sonra indiki tendensiya olmayacaq, yoluxanların sayında azalma müşahidə ediləcək. Çünki yoluxmada qırılma zənciri iki həftədən bir baş verir. o zəncirin qırılması üçün biz mütləq yenə maskadan istifadəyə ciddi əməl etməliyik, sərt karantin rejiminin qaydalarına əməl etməliyik. 

İnsanların şüurunda məsuliyyət məsələsi formalaşdırılmalıdır. Ona görə də dövlətin son qərarları çox düzdür. Hələ yaxşı ki, bu qədər yoluxmanın qarşısında müharibədən yeni çıxan bir dövlət dözə bilir, çarpayı, dərman, tibbi personal, təcili yardım çatdıra bilir. Ağır xəstələrin sayı xeyli artıb.  İndi təsəvvür edin bir xəstəylə neçə tibb işçisi məşğul olur, onun qeydinə qalır. Belə bir vəziyyətdə tibbi personalın da sağlamlıq vəziyyəti təhlükə altına düşür. 

Ürək ağrısı ilə deyirəm bunu - İlahi, görən nə vaxt küçəyə rahat şəkildə çıxa biləcəyik, parka gedə biləcəyik, toya gedəcəyik?!  Belə olmaz axı. Bunun fiziki yorğunluğundan çox psixoloji gərginliyi həkimlərin üzərində daha çoxdur. Çalışdığı xəstəxanada işə gedən kimi, palataya girən kimi salam verib maskalarını taxmaqlarını xahiş edirəm. İçlərində elə COVİD xəstəsi var ki, müxtəlif bəhanələrlə maskanı tez-tez çıxarır. Bu, hələ koronavirusa yoluxandır ha. Nədənsə o məsuliyyət hissini biz formalaşdıra bilmirik. İndi mənə Tovuzdan zəng etmişdilər. Deyirlər burada rəhmətə gedən var, sonradan bəlli olub ki, sən demə COVİD-dən dünyasını dəyişib. Övladlarını yoxlayublar, hamısında koronavirus çıxıb. Ora gedib qulluq edənlər, mərasimdə iştirak edən qohumlar var, deyirəm iki həftə hamınız izolyasiya olunmalısınız, hamınız 103-ə məlumat verin, dərmanla təchiz olunub dərhal müalicə alın. Bu gün iki-üç dəfə onlarla telefonla bu barədə danışdım. Bu tibb işçiləri də yazıqdır axı. Bizim borcumuzdur işləmək, amma bizi də düşünmək lazımdır. Bu qədər olarmı?!".

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar