Sizin reklam yeriniz Ölçü: 679x60
(+994 50) 721 55 55
Dağlıq Qarabağ ərazisində minanın partlaması nəticəsində Azərbaycan Silahlı qüvvələrinin hərbçisi şəhid olub.
Azmedia.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisənin cəsədlərin axtarışı zamanı baş verdiyi bildirilir.
Suqovuşan ərazisi yaxınlığında minanın partlaması nəticəsində həmçinin bir Rusiya sülhməramlısı və dörd erməni hərbçi yaralanıb.
Yaralı rusiyalı hərbçi Bakıya gətirilib. Yaralının həyatı üçün təhlükə olmadığı bildirilir.