DİQQƏT! Ən çox yoluxma bu yerlərdə baş verir

Oxunma sayı: 578
Ölkə       24 Noyabr 2020, 09:00
DİQQƏT! Ən çox yoluxma bu yerlərdə baş verir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Son statistikaya baxdıqda görmək olar ki, yoluxma halları daha çox iş yerlərində və insanların toplu olaraq cəmləşdiyi yas mərasimlərində baş verir.


Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.


Onun sözlərinə görə, əgər insanlar kütlənin çox olduğu məkanlara daxil olmağa məcburdurlarsa, bu halda maska taxmağa və əllərini tez-tez yumağa çalışmalıdırlar.


Maskalardan düzgün istifadənin olduqca əhəmiyyətli olduğunu deyən H.Harmancı əlavə edib ki, əgər maska burunun üzərinə taxılmırsa və ya burunun üzərində və çənənin alt tərəfində üzə sıx örtülmürsə, onda maskanın qoruyucu təsiri yarıbayarı, hətta daha çox azalır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar