Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT -FOTO

Oxunma sayı: 672
Ölkə       24 Noyabr 2020, 12:43
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT    -FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Salyan Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. 

 

Azmedia.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb. 

 

Əmrə əsasən, Qasımov Ramin Əjdər oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib.

 

Xatırladaq ki, R.Qasımov Azərbaycan Tibb Universitetində Ümumi cərrahiyyə üzrə internaturanı bitirdikdən sonra Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərib.

 

Eyni zamanda, Türkiyə Cümhuriyyəti Ankara Yüksək İxtisas Klinikasında təkmilləşmə və ixtisasartırma kursları keçmiş, qastroenteroloji mövzulara həsr olunmuş 50-yə yaxın seminar və təlimlərdə yaxından iştirak edib. 

 

R.Qasımov 2012-ci ildə elmi tədqiqat işini müdafiə edərək, Tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar