“Evdə ürəyim sıxılırdı, dedim bir az fırlanım” - COVID-19 xəstəsi

Oxunma sayı: 661
Hadisə       24 Noyabr 2020, 15:16
“Evdə ürəyim sıxılırdı, dedim bir az fırlanım”    - COVID-19 xəstəsi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda yaşayış yerini qanunsuz tərk edən “COVID-19” virusunun daşıyıcısı olan iki nəfər barədə cinayət işi başlanılıb.

 

Azmedia.Az DİN-ə istinadən xəbər verir ki, ev şəraitində müalicə alan koronavirus xəstəsi Lerik rayon sakini, faktiki olaraq Binə qəsəbəsində yaşayan Simran Əliyev saxlanılıb. O, saxlanılan zaman deyib ki, insanların sıx olduğu yerlərə getməyib: “Evdə ürəyim sıxılırdı, maşını götürüb bir az fırlandım”.

 

Araşdırma zamanı müəyyən edilib ki, aktiv “COVID-19” virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Tibbi prosedurlar gözlənilməklə S.Əliyev yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

 

Daha bir “COVID-19” xəstəsi isə Yasamal rayonunda saxlanılıb. 1977-ci il təvəllüdlü Rüfət Rəhimbəyli koronavirus testi pozitiv çıxdıqdan sonra dəfələrlə küçəyə çıxaraq gəzib və növbəti dəfə saxlanılaraq şöbəyə aparılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar