PKK-nın daha bir önəmli adamı məhv edildi

Oxunma sayı: 678
Hadisə       24 Noyabr 2020, 15:24
PKK-nın daha bir önəmli adamı     məhv edildi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

PKK/KCK-nın “elçi”si, “Dıhlaz” kod adlı Hizrət Çalkın İraqın şimalında zərərsizləşdirilib.

 

Azmedia.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) məlumat yayıb. Qeyd edilib ki, axtarışda olan H. Çalkın Suriya və İraq arasında terrorist göndərilməsini təmin etmək məqsədilə iclas keçirib. MİT-in həyata keçirdiyi əməliyyat zamanı “elçi” və yanındakı digər terrorçular məhv edilib.

 

Qeyd olunur ki, Çalkın terror təşkilatına 2011-ci ildə üzv olub, 2014-cü ilədək Türkiyədə fəaliyyət göstərib, daha sonra Suriyaya qaçıb.

 

O, 2017-ci ilədək Resulyandakı “Ağır Silahlar Taburu”nu idarə edib, ötən ildən terrorçu mübadiləsi ilə məşğul olmağa başlayıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar