Sizin reklam yeriniz Ölçü: 679x60
(+994 50) 721 55 55
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına oktyabr ayı ərzində müddətli əlavələr ödənilib.
Azmedia.Az Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə bildirir ki, qurumun tabeliyində olan tibb müəssisələri üzrə 1346 tibb işçisinə 1,07 mln manat məbləğində müddətli əlavə ödənilib.
Nazirlikdən bildirilib ki, qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.