Ağ Ev koronavirusa baxmayaraq Yeni İl tədbirləri keçirəcək

Oxunma sayı: 745
Dünya       24 Noyabr 2020, 16:17
Ağ Ev koronavirusa baxmayaraq     Yeni İl tədbirləri keçirəcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ağ Ev koronavirusun yayılmasına baxmayaraq Yeni İl şənliklərinin keçiriləcəyini açıqlayıb. 

 

Azmedia.Az xəbər verir ki, ötən gündən etibarən Vaşinqtonda hazırlıqlara start verilib. Belə ki, böyük küknar ağacı Ağ Evin həyətinə aparılıb, dekabr ayında bütün dini bayramların reallaşdırılması planlaşdırılıb.

 

Hazırkı birinci xanım Melaniya Trampın sözçüsü Stefani Qrişam KİV-ə açıqlamasında bildirib ki, şənliklərə qatılmaq insanların şəxsi seçimidir: “Hər il Ağ Evdə Yeni İl bayramının ənənəvi dekorunu görmək, şənliyin dadını çıxarmaq keçmiş zamanlardan bu yana bir ənənə halını alıb”.

 

Halbuki, bundan öncə ABŞ-ın Xəstəliyə Nəzarət və Mübarizə Mərkəzi, Ağ Ev rəsmiləri, hökumət nümayəndələri xalqa Yeni İl və Şükran bayramında səyahət etməmələri, qapalı məkanlara toplaşmamaları barədə çağırış edib.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar