Koronavirusa yoluxan zaman antibiotik qəbul etməyin - XƏBƏDARLIQ

Oxunma sayı: 573
Sağlamlıq       24 Noyabr 2020, 21:15
Koronavirusa yoluxan zaman antibiotik qəbul etməyin -     XƏBƏDARLIQ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

SARS-CoV-2 koronavirusa yoluxan zaman antibiotik qəbulu xəstənin vəziyyətini ağırlaşdıra və ciddi fəsada səbəb ola bilər.


Azmedia.Az Publika.az-a istinadla xəbər verir ki, bu qərara Xuaçjun universitetinin alimləri apardıqları araşdırma zamanı gəliblər.


Araşdırma çərçivəsində mütəxəssislər COVID-19-a yoluxan və ağır siptomlar yaşamayan 1613 xəstənin vəziyyətini müşahidə edib.


Onlar xəstəxanaya bakterial–infeksiyanın aşağı riski ilə gətiriliblər. Onlar iki qrupa ayrılıb. Biri müalicə üçün antibiotik qəbul edir.
 

30 günlük müşahidənin sonunda xəstələrin yarısında ağırlaşma müşahidə edilib. Antibiotik qəbul edən qrupda ağırlaşma gözləniləndən daha çox olub.


Beləliklə, antibiotiklər xəstəliyin inkişafına, xəstəxanada uzun müddət qalmasına (15 gündən çox) və ikincili infeksiyaların inkişafına səbəb olub. Müşahidələr zamanı ölümün artması qeydə alınmayıb.


Bu səbəbdən də alimlər ağır olmayan COVID-19 xəstələrinə, zəruri ehtiyac olmadığı təqdirdə, xüsusən də ilkin mərhələdə antibiotik qəbulundan imtina etməyi tövsiyə edir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar