Müdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTO/VİDEO

Oxunma sayı: 564
Siyasət       25 Noyabr 2020, 09:15
Müdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı     AÇIQLAMA - FOTO/VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Azərbaycan ordusunun bölmələri 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olublar.

Bildirim ki, bu tarix əvvəl 15 noyabr göstərilmişdi, amma Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Bu gün - 25 noyabrdaa, saat 00:00-dan Azərbaycan ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub”.

Azmedia.Az xəbər verir ki , oxu.az-ın müxbirinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub:

“Texnikalar Göygöl rayonunun Toğana kəndi və Daşkəsən rayonundan Kəlbəcər rayonuna hərəkət edəcək. Bölmələrimizin hərəkəti davam edir. Müəyyən olunmuş marşrutlar üzrə müəyyən olunmuş məntəqələrə Azərbaycan ordusu çıxacaq və rayonu tam olaraq nəzarətə götürəcək”.

“Noyabrın 25-i, gecə saatlarından mühəndis işləri görülüb. Ərazilər, çətin keçilən dağ yolları minalardan təmizlənib və döyüş, avtomobil texnikalarının və şəxsi heyətin Kəlbəcər istiqamətinə keçidi üçün hər cür rahat şərait yaradılıb. 

Kəlbəcərin ərazisi dağlıq ərazidir, hündürlük ərazidir və hündürlük, demək olar ki, 3500 metrdən artıqdır. Bu ağır şəraitdə Azərbaycan ordusunun bölmələri bu əraziyə daxil olaraq, Kəlbəcər ərazisini nəzarətə götürəcək. İlk olaraq bölmələrimiz Azərbaycan-Ermənistan dövlət sərhədinə çıxacaq və yüksəkliklərdəki mövqelər tutulacaq.

Digər istiqamət isə üçtərəfli bəyanatla müəyyən olunmuş ərazi olacaq ki, bu haqda da sonradan məlumat veriləcək”, - deyə MN rəsmisi qeyd edib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar