Ordumuz Kəlbəcərə bu 2 istiqamətdən daxil olub - FOTOLAR

Oxunma sayı: 565
Siyasət       25 Noyabr 2020, 10:15
Ordumuz Kəlbəcərə bu 2 istiqamətdən daxil olub -     FOTOLAR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub.


Azmedia.Az Trend-ə istinadən bildirir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat verib.


O qeyd edib ki, bu, Göygöl rayonunun Toğanalı kəndi və Daşkəsən istiqamətləridir: "Hazırda bölmələrimizin hərəkəti davam edir və bölmələrimiz müəyyən olunmuş marşrutlar üzrə həmin məntəqələrə çıxacaq. Azərbaycan Ordusu Kəlbəcəri tam nəzarətə götürəcək".


V. Dərgahlı əlavə edib ki, noyabrın 25-i gecə saatlarından mühəndis işləri görülüb:


"Ərazilər, yollar, çətin keçilən dağlıq yollar minalardan təmizlənib. Döyüş, avtomobil texnikalarının və şəxsi heyətin Kəlbəcər istiqamətinə keçidi üçün hər cür rahat şərait yaradılıb. Bildiyiniz kimi Kəlbəcər hündür, dağlıq ərazidir və hündürlük, demək olar, 3 500 metrdən artıqdır. Azərbaycan Ordusunun bölmələri belə ağır şəraitdə Kəlbəcərə daxil olaraq oranı nəzarətə götürəcək.


Bölmələrimiz ilk olaraq hərəkət edərək Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinə çıxacaq və yüksəkliklərdə mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli bəyanatla müəyyən edilmiş ərazi olacaq. Bu barədə sonradan məlumat veriləcək".

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar