Onlarla vəkil koronavirusa yoluxub

Oxunma sayı: 469
Sağlamlıq       25 Noyabr 2020, 11:29
Onlarla vəkil     koronavirusa yoluxub

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov koronavirus pandemiyasının Azərbaycanda geniş yayılması ilə bağlı ictimaiyyətə müraciət edib.

 

Azmedia.Az-ın verdiyi xəbərə görə, A.Bağırov bildirib ki, ölkədə COVİD-19 infeksiyasına yoluxanların sayı durmadan artmaqdadır: “Təəssüf ki, bu bəla vəkillərimizdən və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat əməkdaşlarından yan keçməyib.

 

Hal-hazırda koronavirusa yoluxan onlarla həmkarımız həkim nəzarəti altında müalicə olunur, hər kəsə Allahdan şəfa diləyirəm. Hər birinizdən artıq dərəcədə xahiş edirəm, özünüzü və yaxınlarınızı qoruyun, bütün sanitar qaydalara ciddi əməl edin”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar