Qubadlıda Şərq çinarları əkildi, tut bağı salındı -Fotolar

Oxunma sayı: 548
Ölkə       27 Noyabr 2020, 12:28
Qubadlıda Şərq çinarları əkildi, tut bağı salındı    -Fotolar

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Növbəti ağacəkmə aksiyası işğaldan azad olunmuş Qubadlı rayonunun Qaralar kəndi ərazisində, erməni işğalçıları tərəfindən məhv edilmiş yaşı 300 ildən artıq olan Şərq çinarı təbiət abidəsinin yerləşdiyi ərazinin yaxınlığında keçirilib.

 

Azmedia.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qubadlı rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə baş tutan aksiyada karantin rejiminin tələblərinə əməl olunmaqla 50-dən çox Şərq çinarı əkilib, yol kənarındakı kəsilmiş tut ağaclarının yerinə isə 400 tut ağacı əkilməklə tut bağı salınıb.

 

Bununla da, erməni işğalçıları tərəfindən Qarabağ bölgəsində məhv edilmiş yaşıllıqların yenidən bərpasına töhfə verilib.

 

Qeyd edək ki, respublika ərazisində həyata keçirilən payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonlarının ərazilərində də ağacəkmə aksiyaları keçirilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar