Naftalanda itkin düşən şəxs tapılıb

Oxunma sayı: 698
Hadisə       27 Noyabr 2020, 12:52
Naftalanda itkin düşən şəxs     tapılıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Naftalanda polis əməkdaşları itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib. 

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azmedia.Az-a verilən məlumata görə, noyabrın 23-də Naftalan Şəhər Polis Şöbəsinə Qasımbəyli kənd sakini, 19 yaşlı Sahil Əhmədovun həmin gün itkin düşməsi barədə müraciət daxil olub.

 

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə S.Əhmədovun yeri müəyyən edilib. O, polis əməkdaşları tərəfindən ailəsinə təhvil verilib. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar