Türkiyədə zəlzələ: İnsanlar küçələrə axışdı -VİDEO

Oxunma sayı: 873
Dünya       27 Noyabr 2020, 14:51
Türkiyədə zəlzələ: İnsanlar küçələrə axışdı       -VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Türkiyədə Malatya şəhərinin Pütürgə rayonunda zəlzələ baş verib.

 

Azmedia.Az Türkiyənin Fövqəladə halların idarə edilməsi agentliyinin (AFAD) saytında yer alan məlumata görə xəbər verir ki, 4,7 bal gücündə baş verən zəlzələ yerli vaxtla saat 11:27-də qeydə alınıb.

Episentri 6,94 kilometr dərinlikdə baş verən zəlzələnin təxminən 10 saniyə davam etdiyi bildirilir.

Malatya valisi Aydın Baruş hələlik dağıntılar barədə xəbər alınmadığını açıqlayıb.

Elazığ şəhər mərkəzində də hiss edilən zəlzələ səbəbindən insanlar küçələrə axışıblar.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar