Əfqanıstanda onlarla mülki şəxsi öldürən 13 avstraliyalı hərbçi ordudan qovulub

Oxunma sayı: 812
Dünya       27 Noyabr 2020, 15:27
Əfqanıstanda onlarla mülki şəxsi öldürən 13 avstraliyalı hərbçi ordudan qovulub

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Əfqanıstanda xidmət edərkən 39 mülki şəxsi öldürən 13 avstraliyalı hərbçi vəzifəsindən kənarlaşdırılıb.

 

Azmedia.az DHA-ya istinadən xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Qüvvələrinin Baş Müfəttişliyinin 4 il ərzində apardığı istintaqın yekunlarına dair hesabatda qeyd olunub.

“Əfqanıstandakı olaylarla bağlı hazırda 13 nəfərə inzibati tədbir bildirişi verilib”, - Avstraliya Ordusunun rəisi, general-polkovnik Rik Bör söyləyib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar 2005-2016 illəri arasında Əfqanıstandakı Avstraliya xüsusi təyinatlı hərbçilərinin davranışları ilə bağlı hazırlanan hesabatda 20 mindən çox sənəd və 25 min görüntü incələnib, 423 şahidlə görüş öz əksini tapıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar