Dövlətə məxsus 43 əmlak özəlləşdiriləcək

Oxunma sayı: 724
İqtisadiyyat       27 Noyabr 2020, 15:40
Dövlətə məxsus 43 əmlak özəlləşdiriləcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərracın tarixi açıqlanıb.

 

Dövlət Xidmətindən verilən məlumata əsasən, növbəti hərrac 22 dekabr tarixində təşkil ediləcək. Hərraca 43 dövlət əmlakı çıxarılacaq. Bunlardan 29-u kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 14-ü isə nəqliyyat vasitəsidir.

Bildirilib ki, təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar